Kəpəzdə növbəti itkilər
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” ilə səfər qarşılaşmasında Şəhriyar Əliyevlə yanaşı, “Kəpəz” daha iki futbolçunun xidmətindən məhrumdur. Dario Federiko və Kərim Diniyev də Bakıdakı qarşılaşmada “sarı-göylər”ə kömək edə bilməyəcək.

Uzun müddət zədəli olan braziliyalı oyuna tam hazır deyilsə, Diniyev xəstələnib. Naxoşlayan futbolçu son iki gündə məşqlərdə iştirak etməyib.

Bu itkilərin fonunda mərkəz müdafiəçilərinin sıraya dönüşü məşqçilər korpusunu sevindirməyə bilməz. Belə ki, ölkə kubokunda zədə səbəbindən öncəki mərhələdə “Şahdağ”la görüşü buraxan Azad Kərimovla Renan Alves ötən həftədən məşqləri bərpa edib. Onların paytaxt təmsilçisi ilə matçda meydana çıxması mümkündür.

Xəbər 686 dəfə oxundu.