Voleybolçumuz Polina Rəhimova Yaponiya çempionatında növbəti xallarını qazanıb
Qadın voleybolçular arasında Yaponiya çempionatında növbəti turun oyunları keçirilib.

Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın üzvü olduğu “Toyota” komandası “Okayama” klubunu qəbul edib.

Görüşdə meydan sahibləri qələbə qazanıblar - 3:1 (25:23, 25:20, 23:25, 25:23). Yığmamızın voleybolçusu matçda qırx birini hücumda, beşini blokda və birini isə eyslə olmaqla 47 xal toplayıb.

Qeyd edək ki, on üç turdan sonra “Toyota” komandası 20 xalla turnir cədvəlində beşinci yerdə qərarlaşıb.

Xəbər 795 dəfə oxundu.