Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq
Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq.

Tədbirdə 32 komanda 16 cütlük təşkil edəcək. Avropa Liqasının qrup mərhələsində ilk iki yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrupunda 3-cü olanlar rəqiblərini tanıyacaq. Sonuncular reytinqinə əsasən səbətlərə bölünəcək.

Daha yüksək reytinqli 4 komanda Avropa Liqasının qrup qalibləri ilə eyni səbətdə yer alacaq. Digər “dördlük” isə ikinci yer sahibləri ilə eyni səbətdə qərarlaşacaq.

Eyni qrupdan çıxan komandalar bir-birinə rəqib ola bilməyəcək. Həmçinin eyni ölkə təmsilçiləri 1/16 finalda qarşılaşmayacaq.

Qeyd edək ki, 1/16 final mərhələsinin ilk oyunları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə 23-də baş tutacaq.

Xəbər 624 dəfə oxundu.