Astaralı futbolçularının zona yarışında əsas rəqibi “Xəzər-Lənkəran” və “Zirvə” komandalarıdır
Astara Rayon Uşaq Gənclər İdman Məktəbinin yeniyetmə futbolçuları AFFA-nın təşkilatçılığı ilə Lənkəranda keçirilən Azərbaycan çempionatının zona mərhələsində uğurla çıxış edirlər.

Astaralı idmançılar zona yarışında 11-15 yaşlı futbolçuların mübarizəsində 5 komanda ilə təmsil olunurlar.

Komandanın məşqçisi Qəhrəman Mirzəyev zona birinciliyində 7 turun geridə qaldığı ilk mərhələdə yetirmələrini favorit hesab edir: “Hazırda üç yaş qrupunda komandamız birinci yerdədir. İki yaş qrupunda isə ikinci və üçüncü yerləri bölüşürük”.

Astaralı futbolçularının zona yarışında əsas rəqibi “Xəzər-Lənkəran” və “Zirvə” komandalarıdır. Futbolçular bu komandalara qalib gəlmək üçün hazırda təlim məşqlərini davam etdirirlər.

Qeyd edək ki, ötən il Astara Rayon Uşaq Gənclər İdman Məktəbinin 11 yaşlı futbolçuları ölkə çempionatının final mərhələsinə vəsiqə qazanmışdılar.

Xəbər 849 dəfə oxundu.