UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün final oyunu Lionda keçiriləcək
Futbol üzrə UEFA Avropa Liqasının 2017-2018-ci il mövsümünün final qarşılaşması Fransanın Lion şəhərində keçiriləcək.

Bu barədə qitə futbol qurumunun İcraiyyə Komitəsi qərar qəbul edib. Qitə miqyaslı turnirlərin final oyununa ilk dəfə ev sahibliyi edəcək “Stad de Lion” 58 min tamaşaçı tutumuna malikdir. 2019-ci ildə qadınlar arasında dünya çempionatının açılış mərasiminin və final matçının da bu stadionda keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2016-2017-ci il mövsümünün final qarşılaşması mayın 24-də İsveçin paytaxtı Stokholmdakı “Friends Arena” stadionunda oynanılacaq.

Xəbər 867 dəfə oxundu.