İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turniri keçirilir
Dekabrın 10-da İqtisadiyyat Nazirliyinin əməkdaşları arasında stolüstü tennis turnirinə start verilib.

“Şüa” İdman-Sağlamlıq Kompleksində keçirilən yarışda nazirliyin 40-dək əməkdaşı mübarizə aparır. Turnir şəxsi kateqoriyada beynəlxalq stolüstü tennis qaydaları əsasında keçirilir.
Yarışın məqsədi nazirliyin əməkdaşlarının asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin, o cümlədən stolüstü tennisin təbliğidir.

Qaliblər İqtisadiyyat Nazirliyinin həmkarlar ittifaqı komitəsinin və ASTF-in diplom və mükafatları ilə təltif olunacaqlar.

Xəbər 1385 dəfə oxundu.