Bakıda Olimpiya həftəsi çərçivəsində “Karate günü” keçirilib
Milli Olimpiya Komitəsi və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəstəyi ilə Bakıda Olimpiya həftəsi çərçivəsində “Karate günü” keçirilib.

Tədbirdə federasiyanın birinci vitse-prezidenti Rəhman Hətəmov karateçilərimizin qazandığı nailiyyətlər barədə ətraflı məlumat verib.

Sonra “Qara Qaplan” klubunun yeniyetmə karateçiləri və kata üzrə milli komandanın idmançıları nümunəvi çıxışlar göstəriblər. Tədbirdə uşaqlar arasında müsabiqələr təşkil edilib, qaliblər tanınmış karateçilər tərəfindən mükafatlandırılıb.

Tədbirin sonunda milli komandanın üzvləri ilə aftoqraf sessiyası təşkil olunub. Böyük maraqla qarşılanan tədbirdə milli komandanın üzvlərinə qiymətli hədiyyələr verilib.

Xəbər 1314 dəfə oxundu.