“Barselona” futbol klubu Luis Suareslə müqaviləni yeniləyəcək
İspaniyanın "Barselona" klubu uruqvaylı futbolçu Luis Suareslə müqaviləni yeniləyəcək.

Bunu klub prezidenti Xosep Bartomeu İspaniya mətbuatına açıqlamasında deyib.

X.Bartomeu bildirib ki, cənubi amerikalı ilə razılıq əldə edilib və yeni müqavilə yaxın vaxtlarda imzalanacaq. Sazişə əsasən L.Suares 2022-ci ilədək katalonların uğurları üçün çalışacaq.

Xatırladaq ki, Uruqvay millisinin üzvü 2014-cü ildən "Barselona"da çıxış edir. İyirmi doqquz yaşlı hücumçu Kataloniya klubunun heyətində meydana çıxdığı 75 oyunda 65 dəfə rəqib qapılarını silkələyib.

Xəbər 813 dəfə oxundu.