Kəpəz iranlı forvard alır
"Kəpəz" qışda heyətinə iranlı hücumçu qata bilər. Söhbət hücumçu Şahin Balicanidən gedir.

Birinci Divizion təmsilçisi "Şəmkir"də top qovan bu futbolçu "İnter"ə keçməli idi. Lakin bu kluba transfer qadağası qoyulduğundan, o, "Şəmkir"də oynamaq məcburiyyətində qalmışdı.

Qış fasiləsində isə o, elitada top qovan digər klubla anlaşa bilər. Vaxtilə "Persepolis" və "Malavan"da çıxış etmiş Şahinin artıq Gəncə klubu ilə danışıqlara başladığı bildirilir.

Xəbər 764 dəfə oxundu.