Kişi voleybolçular arasında ölkə çempionatının Yüksək Liqasında ikinci dövrənin oyunları Bakıda təşkil olunacaq
Dekabrın 22-26-da Bakıda kişi voleybolçular arasında Azərbaycan çempionatının Yüksək Liqasında ikinci dövrənin oyunları keçiriləcək.

Yarışda 6 komanda – “Nəqliyyatçı”, “Lokomotiv”, “Naxçıvan”, “Sumqayıt”, MOİK və “Neftçi” birincilik uğrunda mübarizə aparır.

Yarışın ilk dövrəsinin oyunları Naxçıvanda təşkil olunub. “Neftçi” komandası ilk dövrəni 15 xalla birinci pillədə başa vurub. “Lokomotiv” 12 xalla ikinci yerdə qərarlaşıb. Hesabında 7 xal olan MOİK və “Naxçıvan” komandaları 3-4-cü pillədə yer alıblar.

Xəbər 627 dəfə oxundu.