“Azərreyl”-“Dabrova Qornitsa” voleybol oyununun hakimləri açıqlanıb
Bakının qadınlardan ibarət “Azərreyl” voleybol komandasının Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Dekabrın 15-də Bakı təmsilçisi Azərbaycan Voleybol Mərkəzində Polşanın “Dabrova Qornitsa” komandasını qəbul edəcək. Görüşün baş hakimi serbiyalı İvan Lazareviç olacaq. Ona italiyalı həmkarı Stefano Cesare kömək edəcək.

Bakı təmsilçisinin Çempionlar Liqasının “C” qrupunda digər rəqibləri “Sen-Rafael” (Fransa) və “Fənərbağça” (Türkiyə) komandalarıdır.

Xəbər 655 dəfə oxundu.