IV İslam Həmrəylik Oyunlarında İranın 120-dən çox idmançısı iştirak edəcək
İran İslam Respublikası gələn il Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarında 120-dən çox idmançı ilə iştirak edəcək.

Bu barədə İranın Milli Olimpiya Komitəsinin baş katibi Şahrux Şahnazi məlumat verib. O bildirib ki, İslam Həmrəylik Oyunları futbol üzrə dünya çempionatına hazırlıq mərhələsi ilə üst-üstə düşdüyünə görə İranın futbol komandası yarışlarda iştirak edə bilməyəcək. Lakin başqa bir komanda hazırlanıb yarışlara çıxarılacaq.

Ş.Şahnazi deyib ki, İranın qadın və kişi atletləri 20-dən çox idman növündə iştirak edəcəklər.

AZƏRTAC

Xəbər 673 dəfə oxundu.