Qarabağ Fiorentinaya qarşı
Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Azərbaycanı bu turnirdə təmsil edən "Qarabağ" da həlledici oyuna çıxacaq.

Ağdam klubu doğma meydanda İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. Qurban Qurbanovun komandası yeni tarix yazmaq, ilk dəfə Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanmaq üçün rəqibini məğlub etməlidir. Bununla həm də Florensiyada qeydə alınmış 1:5 hesablı məğlubiyyətin qisası alınmış olacaq. Amma qrupdakı digər matçın nəticəsindən asılı olaraq, "Qarabağ" heç-heçə ilə də mərhələ adlaya bilər.

Qeyd edək ki, J qrupunun digər oyununda Yunanıstan PAOK-u doğma meydanda Çexiya "Slovan"ı ilə münasibətlərinə aydınlıq gətirəcək.

Avropa Liqası
J qrupu
8 dekabr

20:00. “Qarabağ” - “Fiorentina”
Baş hakim: İvan Bebek (Xorvatiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Xəbər 783 dəfə oxundu.