Mərkəzi arena qardan təmizlənir
Bu gün Avropa Liqasında qrup mərhələsinin 6-cı turu çərçivəsində “Qarabağ” İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Dünən gecədən hökm sürən kəskin hava şəraiti nəticəsində qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respubilka stadionunun ot örtüyü qar altında qalıb.

Hazırda meydançanı təmizləmə işləri aparılır.

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da start götürəcək.

Xəbər 825 dəfə oxundu.