“Coca-Cola Məktəbli Kuboku” turniri ilə əlaqədar memorandum imzalanıb
Dekabrın 8-də Bakı Olimpiya Stadionunda AFFA, Təhsil Nazirliyi və “Azerbaijan Coca-Cola Bottlers” şirkəti arasında futbol üzrə “Coca-Cola Məktəbli Kuboku” turniri ilə əlaqədar memorandumun imzalanması mərasimi keçirilib.

Memorandumu AFFA-nın baş katibi Elxan Məmmədov, təhsil nazirinin müavini Firudin Qurbanov və “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş direktoru Erdinc Güzel imzalayıblar.

2009-cu ildən keçirilən “Məktəbli Kuboku” turniri 2011-ci ildən AFFA, “Azerbaijan Coca-Cola Bottlers” və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil olunur. Uğurlu 5 illik əməkdaşlığın ardından tərəflər ölkənin ən kütləvi futbol layihəsi olan “Coca-Cola Məktəbli Kuboku”nun daha 4 il artırılmasına qərar veriblər. Layihə respublika məktəblərinin 70 faizini əhatə edir.

Xəbər 776 dəfə oxundu.