Azərbaycanlı hakim ən yüksək dərəcəni əldə edib
Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq, kişi idman gimnastikası üzrə hakim Rza Əliyev qitələrarası hakimlik kurslarında iştirak edərək ən yüksək - birinci dərəcəli beynəlxalq hakimlik kateqoriyasını əldə edib.

Kurslar Slovakiyanın paytaxtı Bratislavada təşkil olunub.

Bu kateqoriya növbəti Olimpiya dövrü ərzində (4 illik) qüvvədə olacaq.

Xəbər 765 dəfə oxundu.