“Qarabağ” 2 pillə də gerilədi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların növbəti reytinqini açıqlayıb. İdman.com.az saytının məlumatına görə, 405 komandanın yer aldığı reytinqdə ölkəmizin yeganə təmsilçisi “Qarabağ” yenə 2 pillə geriləyib. Ağdam komandası 69,5 xalla 316-cı pillədə qərarlaşıb. Ötən yakı siyahıda 314-cü olan Qurban Qurbanovun yetirmələri həmin vaxtda 2 pillə geriləmişdi. Təmsilçimiz ən yaxın izləyicisi 28 pillə geriləyən İngiltərənin “Aston Villa”nı arxada qoyub.

“Qarabağ” hazırda İtaliyanın “Cenoa”, İspaniyanın “Xetafe” kimi klublarını da qabaqlayır.
Reytinqə dünyanın ən güclü komandası olan İspaniyanın “Barselona” klubu 369 xalla başçılıq edir. Onun əzəli rəqibi olan Madrid “Real”ı 292 xalla 2-cidir. İlk üçlüyü Argentinanın “Veles Sarsfild” klubu 291 xalla qapayır.

Xəbər 1015 dəfə oxundu.