Taekvando üzrə Qran-pri turnirinin finalında iştirak edəcək komandaların baş məşqçilərinin iclası keçirilib
Bakıda təşkil olunacaq taekvando üzrə Qran-pri turnirinin final mərhələsində iştirak edəcək komandaların baş məşqçilərinin iştirakı ilə iclas keçirilib.

Federasiyanın vitse-prezidenti Nağı Səfərov iclas iştirakçılarını salamlayıb və onlara uğurlar arzulayıb.

Yarışın supervayzerlərindən Filipp Bouedo və Dünya Taekvando Federasiyasının baş hakimi Şakir Çelbat çıxış edərək qaydalar haqqında məlumat veriblər. Həmçinin turnirin ənənəvi qaydalar əsasında keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, taekvando üzrə Qran-pri turnirinin final mərhələsində 47 ölkənin 128 taekvandoçusu mübarizə aparacaq.

Xəbər 656 dəfə oxundu.