“Qarabağ”ın futbolçusu Muarrem Muarrem Avrokuboklarda yubiley matçına çıxacaq
Dekabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunun “Qarabağ”-“Fiorentina” (İtaliya) qarşılaşması Ağdam təmsilçisinin futbolçusu Muarrem Muarrem üçün yubiley matçı olacaq.

Makedoniyalı yarımmüdafiəçi “Qarabağ”ın heyətində 25-ci avrokubok oyununu keçirəcək. Bu oyunadək 24 qarşılaşmada meydana çıxan futbolçunun aktivində dörd qol var. Qollardan biri Çempionlar Liqasında, üçü isə Avroliqada vurulub.

“Qarabağ”ın heyətində avrokuboklarda ilk dəfə 2013-2014-cü ildə debüt edən M.Muarrem Çempionlar Liqasında beş, Avropa liqasında 19 görüş keçirib.

Xəbər 737 dəfə oxundu.