Sumqayıtın 4 futbolçusu Mançesterə gedir
Bu ilin sentyabrında “Mançester Yunayted” Yay Futbol Məktəbində “Mançester Yunayted” futbol məktəbindən Azərbaycana ezam olunan məşqçilər tərəfindən keçirilən təlim-məşq toplanışında AFFA-nın dəstəyilə təşkil olunan seçimlərdən uğurla keçmiş 9-12 yaşlı 32 uşaq iştirak edib. Təlim-məşq toplanışının bütün iştirakçılarına “Mançester Yunayted” klubu tərəfindən xüsusi sertifikat təqdim olunub və ən yaxşı nəticələr nümayiş etdirən 6 məzun Mançesterə səfər etmək imkanına sahib olub.

Qeyd edək ki, seçilmiş 6 futbolçudan 4-ü "Sumqayıt" Futbol Klubunun üzvüdür. Belə ki, Elnar Məmmədli, Kənan Cavadlı, Murad Rüstəmov və Ümid Rəcəbov "Sumqayıt" FK U-12 komandasının futbolçularıdır.

Xəbər 754 dəfə oxundu.