Gənclər və idman naziri Şirvanda vətəndaşları qəbul edəcək
Gənclər və idman naziri Azad Rəhimov dekabrın 9-da Şirvan şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayon sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının inzibati binasında (Şirvan şəhəri, Xəqani küçəsi -1, Heydər Əliyev parkının ərazisi) başlanacaq.

Qəbula gəlmək istəyən vətəndaşlar sözügedən rayon (şəhər) gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Xəbər 1154 dəfə oxundu.