Təyyarə qəzasında həlak olmuş Braziliya futbolçularının xatirəsinə yoldaşlıq oyunu keçiriləcək
Braziliyanın “Şapokoense” klubunun təyyarə qəzasında həlak olmuş futbolçularının xatirəsinə həsr edilən yoldaşlıq oyunu keçiriləcək.

Xeyriyyə məqsədilə təşkil edilən yoldaşlıq oyunu Braziliya və Kolumbiya yığmaları arasında olacaq. Oyundan əldə edilən gəlir qəzada dünyasını dəyişənlərin ailələrinə veriləcək.

Qarşılaşmanın yanvarda “Marakana” stadionunda və ya “Şapokoense”nin meydanında keçirilməsi nəzərdə tutulub.

Matçın keçiriləcəyi tarix və stadionun adı yaxın günlərdə müəyyənləşəcək.

Xəbər 641 dəfə oxundu.