Elxan Məmmədov: «Bu təlim-məşqin çox faydası olacaq»
«AFFA hər zaman milli futbol komandalarımıza diqqət və qayğı göstərir. Bunun nəticəsidir ki, daim təlim-məşq toplanışlarında iştirak edir, yoxlama oyunları keçiririk. Belə hazırlıqlar isə rəsmi matçlarda yığmalarımıza çox kömək edir». Bunu «İdman» qəzeti və idman.com.az saytının Dubaya ezam olunmuş əməkdaşına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Onun sözünə görə, Birləşmiş Ərəb Əmirliklərində təşkil edilmiş təlim-məşq toplanışı əsas milli komandamızın oyun təcrübəsini daha artırmağa kömək edəcək: «Dubay şəhərində keçirilmiş bir həftəlik hazırlıqda milli komandamız 3 yoxlama matçında qüvvəsini sınadı. Sıx qrafiklə təşkil edilən belə görüşlərin çox faydası var. Futbolçular normalar çərçivəsində «yüklənirlər». Hələ qarşıda bir neçə sınaq qarşılaşması da keçirəcəyik. Dünya çempionatının seçmə mərhələ oyunlarına yaxşı hazırlıqla qoşulmaq istəyirik».

KAMRAN

Xəbər 1080 dəfə oxundu.