İntizam Komitəsinin qərarları
2 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “İnter” – “Qaradağ Lökbatan” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

2 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin AZAL – “Rəvan” matçının 90+1-ci dəqiqəsində “Rəvan” klubunun 17 №-li futbolçusu Zahid Quliyev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verdiyinə görə 7 oyun cəzalanır, klub 640 manat cərimə olunur (maddə 38.3) (maddə 43.1) (maddə 35).

3 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qəbələ” – “Zaqatala” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

3 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – “Səbail” matçında stadionda radio-informasiyanın 17 dəqiqə gec verilməsinə görə “Qarabağ” klubuna xəbərdarlıq olunur. Bu hal yenidən təkrarlanacağı təqdirdə klub cəzalanacaqdır.

5 dekabr 2016-cı il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun təxirə salınmış oyunu olan “Qəbələ” – “Sumqayıt” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40). Oyunun 82-ci dəqiqəsində “Qəbələ” klubunun 26 №-li futbolçusu Ülvi İbazadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

28 noyabr 2016-cı il Bakcell U-17 Liqasında “Xəzər Lənkəran” – “İnter” PİK matçının 72-ci dəqiqəsində “İnter” PİK klubunun 3 №-li futbolçusu Tərxan Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

21 noyabr 2016-cı il U-16 Liqasında “Qəbələ” İK – “Qarabağ” matçında “Qəbələ” klubunun baş məşqçisi Şəhruz Mustafayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 62).

30 noyabr 2016-cı il U-19 Liqasında “Zirə” (Bakı) – “İnter” (Bakı) matçının 65-ci dəqiqəsində “İnter” klubunun 15 №-li futbolçusu Ceyhun Muxtarlı rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır (maddə 42.1).

30 noyabr 2016-cı il U-19 Liqasında “Sumqayıt” – “Neftçi” İK İB matçının 90+2-ci dəqiqəsində “Sumqayıt” klubunun 7 №-li futbolçusu Sahib Cümşüdov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1). Oyunun 90+4-cü dəqiqəsində “Sumqayıt” klubunun 11 №-li futbolçusu Murad Məmmədxanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

27 noyabr 2016-cı il Boulevard Hotel U-15 Liqasında “Qəbələ” – “Neftçi” matçının 58-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Hüseyn Ələsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1). Oyunun 70+2-ci dəqiqəsində “Qəbələ” klubunun 15 №-li futbolçusu Neymət Şixamir ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

2 dekabr 2016-cı il Bakcell U-17 Liqasında “Vətən” (Bakı) – “İnter” (Bakı) matçının 65-ci dəqiqəsində “Vətən” klubunun 22 №-li futbolçusu Elçin Mustafayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

3 dekabr 2016-cı il Boulevard Hotel U-15 Liqasında “Vətən” RİOEUG (Bakı) – “Sumqayıt” FK matçının 70+3-cü dəqiqəsində “Sumqayıt” klubunun 4 №-li futbolçusu Elçin Abbasov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

30 noyabr 2016-cı il U-19 Liqasının Qəbələ – “Şərurspor” matçında “Şərurspor” klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

3 dekabr 2016-cı il U-10 Liqasının UGİM (Bərdə) – UGİM (Naftalan) matçında UGİM (Naftalan) klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 dekabr 2016-cı il U-12 Liqasının UGİM (Qazax) – Ümid Əlim.Bəl. matçında Umid Əlim.Bəl klubunun iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

4 dekabr 2016-cı il U-12 Liqasında “Sabirabad” – UĞUR Gİİ (Ucar) matçının 42-ci dəqiqəsində UĞUR Gİİ klubunun 10 №-li futbolçusu Hüseyn Beydullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 48-ci dəqiqəsində “Sabirabad” klubunun 9 №-li futbolçusu Şərif Bədəlov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

3 dekabr 2016-cı il Coca-Cola U-13 Liqasında “Göyçay” OİK GH – “Mürtülü” (Kürdəmir) matçının 33-cü dəqiqəsində “Mürtülü” klubunun 14 №-li futbolçusu Röyal Xələfov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

4 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Sirab” – “Atletiko Baku” matçının 7-ci dəqiqəsində “Atletiko Baku” klubunun 1 №-li futbolçusu Cəmil Rəmixan sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 39-cu dəqiqəsində “Sirab” klubunun 2 №-li futbolçusu Tural Hüseynov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3). Oyunun 41-ci dəqiqəsində “Atletiko Baku” klubunun 13 №-li futbolçusu Amid Səmədov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48). Oyunun 49-cu dəqiqəsində “Sirab” klubunun 11 №-li futbolçusu Anar Abbasov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

3 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin “Gənclərbirliyi” – “Qarabağ” matçının 28-ci dəqiqəsində “Gənclərbirliyi” klubunun 21 №-li futbolçusu Nemət Manafov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

3 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin “Nəbi” FK – “Zülfiqar 114” matçının 11-ci dəqiqəsində “Zülfiqar 114” klubunun 18 №-li futbolçusu İbrahim Zeynalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

2 dekabr 2016-cı il futzal üzrə Azərbaycan birinciliyinin ADBTİA – “Standart” matçının 12-ci dəqiqəsində “Standart” klubunun 2 №-li futbolçusu Coşqun Süleymanov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Xəbər 856 dəfə oxundu.