“Qarabağ”-“Fiorentina” oyununu xorvatiyalı hakimlər briqadası idarə edəcək | |
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin VI turunun matçları çərçivəsində keçiriləcək “Qarabağ” – “Fiorentina” (İtaliya) oyununa hakim təyinatları açıqlanıb. Görüşü xorvatiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi İvan Bebek olacaq. Ona həmyerliləri Tomislav Petroviç və Miro Qrqiç kömək edəcəklər. Matçın köməkçi hakimləri Ante Vuçemiloviç-Şimunoviç və Qoran Qabrillodur. Dördüncü hakim funksiyasını isə Qoran Pataki yerinə yetirəcək. Qarşılaşmanın UEFA nümayəndəsi Vasili Melniçuk (Ukrayna), hakim-inspektoru Maykl Zorattidir (Avstriya). Qeyd edək ki, “Qarabağ”-“Fiorentina” oyunu dekabrın 8-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. |
|
Xəbər 866 dəfə oxundu. |
|
|