Bakıda İslam Həmrəylik İdman Federasiyasının nümayəndə heyətinin rəhbərləri toplaşacaq
“Dekabrın 8-də İslam Həmrəylik Oyunlarına hazırlıq məqsədilə Bakıda nümayəndə heyətinin rəhbərləri (Chef de Missions) böyük bir seminarı keçiriləcək”. Bu sözləri, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.

Onun sözlərinə görə, 50 ölkədən 71 nümayəndə heyətinin qatılacağı seminar Bakıda olacaq. “Ümumilikdə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Əbdüləziz Əl-Nəssarin rəhbərlik etdiyi 6 nümayəndə heyəti, habelə baş katibin müavini Səid Əbdülqəffər Hüseyndə bu seminara qatılacaq. Bildiyimiz kimi, Chef de Mission-lar oyunlar zamanı ölkəsindən təşrif buyuran nümayəndə heyətinə və birbaşa idmançılara rəhbərlik edən şəxslərdir. Tədbirin keçirilməsində əsas məqsəd İslam Həmrəyliyi oyunlarında iştirak edəcək ölkələrin oyunlara təhkim olunan missiya rəhbərlərinin iştirakı ilə hazırlıq prosesi ilə yaxından tanış olmaqdır”.

Dekabrın 8-də Bakıda toplanmasında bir neçə əsas məqsədin olduğunu diqqətə çatdıran mətbuat katibi bildirdi ki, keçirəcəyi seminarda bir çox məsələlər müzakirə olunacaq:” Bura akreditasiya, nəqliyyat, bilet satışı, idmançıların təhlükəsizliyi, onların qalacağı Atletlər kəndiki vəziyyət və ümumilikdə, 10-a yaxın mövzular var ki, nümayəndə heyətinin rəhbərləri tərəfindən müzakirə ediləcək. Onların bizə təklifləri olacaq. Hər bir ölkənin irəli sürəcəyi təkliflər əsasında müzakirərlər aparılacaq”.

Seminarın ikinci gününün ən önəmli günlərdən bir olduğunu qeyd edən S.Məmmədova bildirdi ki, 6 idman arenasına nümayəndə heyətlərinin rəhbərləri tərəfindən baxış keçiriləcək. Nümayəndə rəhbərləri Üzgüçülük Mərkəzi, Atıcılıq Mərkəzi, Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Atletlər Kəndində olacaqlar.

İslam Həmrəylik Oyunlarının keçiriləcəyi arenalarda dəyişikliyin olmasına münasibət bildirən S.Məmmədova bildirib ki, plana əsasən, arenalarda heç bir dəyişikliyin aparılması nəzərdə tutulmayıb. Çünki artıq arenalar haqqında öncədən onların hər biri barədə məlumat verilib. Baxış isə sadəcə tanışlıq məqsədi daşıyacaq.

İslam Həmrəylik Oyunlarında dəyişikliklərin olmasına münasibət bildirən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, müəyyən dəyişikliklər gözləniləndir: "Akkreditasiya prosesində ola bilər ki, dəyişikliklər olsun. Məşəlin ötürülməsində də müəyyən dəyişikliklər ola bilər".


Aynurə Pənahqızı

Xəbər 756 dəfə oxundu.