Radik İsayev beynəlxalq reytinq siyahısında ilk pillədə qərarlaşdı
ünya Taekvando Federasiyasının yeni reytinq siyahıları açıqlanıb.

Olimpiya və dünya reytinq cədvəlinin ilk onluğunda Azərbaycan təmsilçisi də yer alıb.

Azərbaycanın millisinin üzvü, Olimpiya və dünya çempionumuz Radik İsayev (80 kq-dan yuxarı) Olimpiya reytinq siyahısında bütün rəqiblərindən üstün olub. Onun aktivində 486,2 xal var.

Dünya reytinqi cədvəlində isə 320,59 xalla R.İsayev ikinci pillədə qərarlaşıb.


Xəbər 702 dəfə oxundu.