Astarada rayon birinciliyinin zona yarışı keçirilib
Astara şəhər 3 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Coca-Cola məktəbli kuboku” layihəsinin rayon birinciliyinin zona yarışı keçirilib.

Tədbirin açılış mərasimində çıxış edən AFFA-nın cənub zonası üzrə nümayəndəsi Rövşən Süleymanov, oyunların baş hakimi Xalid Quliyev, Astara Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri Elnur Qurbanlı və Ələskər Əskərov ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən futbolun inkişafı sahəsində qazanılan uğurlardan danışaraq, komandalara qələbə sevincləri arzulayıblar.

Yarışda rayonun 16 məktəb komandası qələbə uğrunda mübarizə aparıb.

Daha inamlı oyun nümayiş etdirən Astara şəhər 2 və 3 nömrəli tam orta məktəblərin komandaları rayon birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Xəbər 784 dəfə oxundu.