Sumqayıtda şahmat turnirinin qalibləri mükafatlandırılıb
Gənc İstedadlara Dəstək Fondunun (GİDF) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşdırdığı “GəncSƏN-QalibSƏN” layihəsi çərçivəsində Sumqayıtda şahmat turniri keçirilib.

Layihə çərçivəsində şahmat turniri ilə yanaşı, futbol və cudo yarışları keçirilib. Həmçinin Sumqayıt gəncləri ilə bağlı xüsusi nəşr hazırlanıb.

Turnirin açılış mərasimində çıxış edən Gənclər Fondunun nümayəndəsi Jalə Məmmədova qurumun fəaliyyəti barədə məlumat verib. O, beş il ərzində Fondun üç mindən artıq layihəni dəstəklədiyini diqqətə çatdırıb, gəncləri öz ideyalarını reallaşdırmaq üçün Fondla fəal əməkdaşlıq etməyə çağırıb.

Xəbər 861 dəfə oxundu.