Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
Futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb.

Bütün qarşılaşmalar eyni gündə oynanılacaq.

Dekabrın 13-də keçiriləcək matçlara Qəbələdə start veriləcək. Ardınca digər üç görüş paytaxtda təşkil olunacaq. Dörddəbir finalın ilk oyunları çərçivəsində “Qəbələ” – AZAL, “Zirə” – “Neftçi”, “İnter” - “Kəpəz” və “Qarabağ” – “Sumqayıt” görüşləri keçiriləcək.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları dekabrın 21-də təşkil olunacaq.

Xəbər 780 dəfə oxundu.