Aleksandr Səmədov karyerasını Moskva “Spartak”ında davam etdirəcək
Rusiyanın “Lokomotiv” klubunun futbolçusu Aleksandr Səmədov karyerasını Moskvanın digər klubu “Spartak”da davam etdirəcək.

32 yaşlı Azərbaycan əsilli yarımmüdafiəçi ilə 2 il yarımlıq müqavilə imzalanması nəzərdə tutulub. Yaxın vaxtlarda bağlanacağı gözlənilən müqavilənin şərtlərinə əsasən, A.Səmədov ilinə 1.8 milyon avro gəlir əldə edəcək.

Xatırladaq ki, “dəmiryolçular”ın baş məşqçisi Yuri Syomin A.Səmədovu əvəzedici heyətə göndərib.

Xəbər 864 dəfə oxundu.