“Maynts”–“Qəbələ” matçını uelsli hakimlər briqadası idarə edəcək
Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək “Maynts” (Almaniya) –“Qəbələ” matçının hakimləri açıqlanıb.

UEFA qarşılaşmanı Böyük Britaniyadan olan hakimlər briqadasına həvalə edib. Görüşü uelsli Simon Li Evans idarə edəcək. Ona həmyerliləri Qaret Vin Cons və Lyuiss Ross Edvards kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Daniel Bekkett yerinə yetirəcək. Qarşılaşmanın əlavə köməkçi hakimləri Brin Markham-Cons və Nik Pratt olacaq.

Oyunun hakim-inspektoru estoniyalı Are Habikt, UEFA nümayəndəsi isə irlandiyalı İmon Nutondur.

Qeyd edək ki, “Maynts”–“Qəbələ” matçı dekabrın 8-də “Maynts Arena”da keçiriləcək.

Xəbər 796 dəfə oxundu.