Beynəlxalq Əlillər Gününə həsr olunmuş idman yarışları təşkil olunub
Sahil qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli xüsusi internat məktəbində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş idman yarışları keçirilib.

Yarışlar şahmat, dama, stolüstü tennis və voleybol növləri üzrə təşkil olunub.

Şahmat yarışlarında Cəmalə Məhərrəmova bütün rəqiblərindən üstün olaraq qalib gəlib. Əhəd Bəylərov dama, Jasmin Abdullayeva isə stolüstü tennis yarışlarında birinci olublar.

Voleybol üzrə yarışın finalında “Sahil” və “Şəfa” komandaları üz-üzə gəliblər. Görüş “Sahil” komandasının qələbəsi ilə başa çatıb.

Yarışların qalibləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunub, məktəbə hədiyyələr təqdim edilib.

Xəbər 1322 dəfə oxundu.