Azərbaycanın U-19 komandası “İnter”ə minimal hesabla qalib gəlib
Bakıda təşkil olunmuş seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama oyununu keçirib.

“İnter” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 1:0 hesabı ilə qələbə qazanıb. Qolun müəllifi Fərid Nəbiyev olub.

Xatırladaq ki, yığmamız bundan əvvəlki oyununu birinci divizion təmsilçisi “Səbail” komandasına qarşı keçirərək 3:1 hesabı ilə qalib gəlmişdi.

Xəbər 777 dəfə oxundu.