“Tottenhem” klubu Harri Keyn ilə müqaviləni yeniləyib
İngiltərənin “Tottenhem” klubu futbolçusu Harri Keyn ilə müqaviləni yeniləyib.

Bu barədə klubun rəsmi saytı xəbər yayıb. İyirmi üç yaşlı hücumçunun müqaviləsi 2022-ci ilin yayınadək artırılıb. Onun sözləşməsi 2020-ci ilə qədər idi.

Qeyd edək ki, cari mövsüm Premyer Liqada 8 oyuna çıxan futbolçu 5 qol vurub.

Xəbər 773 dəfə oxundu.