Almaniya kuboku yarışlarında yeni qayda
Almaniya futbolunda maraqlı qərar verilib.

Bu ölkənin kubok qarşılaşmalarında üç yox, dörd əvəzləmə etməyə icazə verilib.

Bununla bağlı turnirin reqlamentində dəyişiklik olunduğunu Almaniya Futbol İttifaqının (DFB) mətbuat xidməti açıqlayıb.

Məlum olub ki, həmin yenilik matça əlavə vaxt - 30 dəqiqə təyin olunduğu təqdirdə şamil olunacaq. Yeni qayda bu gündən qüvvəyə minib.

Xəbər 699 dəfə oxundu.