Useyn Bolt futbol oynadı
Dünyanın ən sürətli adamı kimi tanınan, doqquzqat olimpiya çempionu Useyn Bolt həvəskar fransız klubu Sen-Jan-Bolye-yə qarşı futbol oynayıb.

Klubun rəsmi Twitter səhifəsində yazılan məlumata görə, yamaykalı sprinter öz məzuniyyəti vaxtı klubun məşqinə gəlib.

Gözlənilməz qonaq klub üzvlərini və stadiona sevimli klubunu izləməyə gələn azarkeşləri xeyli təəccübləndirib.

Xəbər 941 dəfə oxundu.