Rodriqinyu: "Tam hazır olmaq istəyirəm"
"Neftçi" klubunun futbolçusu Rodriqinyu vətəninə yollanıb. İdman.com.az.az saytının məlumatına görə, hazırda bərpa keçən braziliyalı müalicəsini yenidən ölkəsində davam etdirəcək. Lakin yarımmüdafiəçi tezliklə komandanın sıralarına qayıtmağı düşünür:

""Neftçi" klubunun düşərgəsində olduğum müddətdə həkim nəzarəti altında fərdi hazırlıq keçdim. Braziliyada isə məni əməliyyat edən həkim bir daha müayinə edəcək. Sonra yenidən Bakıya qayıdacam. Meydana çıxmaq istəyirəmsə yüz faiz hazır olmalıyam".

Xəbər 925 dəfə oxundu.