Ölkə kubokunun 1/8 final mərhələsi start götürür
Dekabrın 2-də futbol üzrə Azərbaycan kubokunda səkkizdəbir final mərhələsinə start veriləcək.

Mərhələnin oyunları iki gün ərzində keçiriləcək. Bütün cütlüklərdə Premyer Liqa təmsilçiləri ilə I divizionda çıxış edən klublar üz-üzə gələcəklər.

İlk oyun günündə keçiriləcək dörd qarşılaşma paytaxtda təşkil olunacaq. Əvvəlcə meydana MOİK və “Sumqayıt” futbolçuları çıxacaqlar. Ardınca “İnter” divizionun iddialılarından olan “Qaradağ Lökbatan”la oynayacaq. AZAL “Rəvan”ı qəbul edəcək. Mövsümü uğursuz keçirən “Neftçi” isə aşağı dəstə təmsilçisi “Şərurspor”la qarşılaşacaq.

Xəbər 809 dəfə oxundu.