Sadio Tounkara AZAL klubu ilə anlaşdı
2012-2015-ci illərdə “Xəzər Lənkəran”ın formasını geyinən Sadio Tounkara karyerasını yenidən Azərbaycanda davam etdirəcək.

AZAL klubu ilə anlaşan mailili yarımmüdafiəçi bugün rəsmi müqaviləyə imza atıb.

24 yaşlı futbolçu ilə “6 ay+1 il” sistemi üzrə razılıq əldə olunub. Dünən tibbi baxışdan keçən Tounkaranın adının iştirak ərizəsinə daxil edilməsi üçün müvafiq sənədlər yaxın günlərdə PFL-ə təqdim olunacaq.

Qeyd edək ki, Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.

Xəbər 920 dəfə oxundu.