Yeniyetmə cüdoçular Azərbaycan birinciliyində qüvvələrini sınayacaqlar
Dekabrın 10-da Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək.

Üç gün davam edəcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər.

Bu yaxınlarda keçirilən Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perspektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 631 dəfə oxundu.