İsmayıllıda Beynəlxalq Əlillər Gününə həsr olunan nərd yarışı keçirilib
İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin və DSMF rayon şöbəsinin birgə təşkilatçılığı ilə Qarabağ müharibəsi əlilləri arasında 3 Dekabr - Beynəlxalq Əlillər Gününə həsr olunan nərd yarışı keçirilib.

Yarışda Şöhrət Baxışov birinci, Ravid Pənahov ikinci, Bəxtiyar Dəmirov isə üçüncü yeri tutub.

Qaliblərə rayon Gənclər və İdman İdarəsinin diplom və medalları, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyələri verilib.

Xəbər 701 dəfə oxundu.