Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin qarşılaşmaları keçiriləcək. İki gün davam edəcək mərhələdə 8 matç baş tutacaq.

Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edib. Dekabrın ilk həftəsində üz-üzə gələcək 8 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.

Azərbaycan kuboku
1/8 final
2-3 dekabr (cümə, şənbə)

3. "Turan Tovuz" - “Zirə” – indiyədək görüşməyiblər



4. “Neftçi” -“Şərurspor” – indiyədək görüşməyiblər



5. “Qarabağ” - “Səbail” – indiyədək görüşməyiblər



6. MOİK - “Sumqayıt” - indiyədək görüşməyiblər



7. “İnter” – "Qaradağ Lökbatan"– indiyədək görüşməyiblər



8. “Şahdağ” - “Kəpəz” – 1 oyun, +0=0-1, top fərqi 0-3

6 il öncəyə təsadüf edən yeganə duel də Qusar təmsilçisinin meydanında keçirilib. Həmin vaxt böyükhesablı, quru qələbə qazanan qərblilər mərhələ adlayıb.

2010/11

1/16 final

Şahdağ (Qusar) - Gəncə

0:3



9. “Qəbələ” - “Zaqatala” – indiyədək görüşməyiblər



10. AZAL - “Rəvan” – 1 oyun, +1=0-0, top fərqi 2-1

Paytaxt təmsilçiləri 6 il əvvəl də indiki kimi 1/8 finalda görüşüblər. Həmin vaxt səfərdə oynayan AZAL qələbə qazanıb.

2010/11

1/8 final

Rəvan (Bakı) - AZAL (Bakı)

1:2


Xəbər 800 dəfə oxundu.