““İnter“lə oyunda bizi yalnız qələbə maraqlandırır“
"Bakı" klubuna gələndə, Azərbaycan çempionat barədə heç bir məlumatım yox idi. Yalnız onu bilirdim ki, burada Aleksandar Soliç və Marko Şarliya oynayırlar”. İdman.com..az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın serbiyalı futbolçusu Duje Bakoviç klubunun rəsmi saytına açıqlamasında deyib. Təcrübəli müdafiəçi qış fasiləsində “Bakı”ya keçidinin baş tutmağından danışıb:

“Azərbaycanla maraqlandıqda, dostlarımdan aldığım məlumatlara görə, “Bakı”nın iddialı klub olması və çempionluq üçün oynamasını öyrəndim. Bu amil "Bakı"ya keçidimdə önəmli rol oynadı. Artıq Azərbaycanda iki oyun keçirmişəm. İlk oyunumda "Qarabağ"a böyük hesablı məğlub olduq. Oyunumdan heç razı qalmadım. Fkirləşirəm ki, bu belə olmamalı idi. İkinci oyunum isə uğurlu alındı. “Simurq”la matmda həm nəticədən, həm də oyundan razı qaldım. Zənnimcə, ədalətli qələbə qazanmışıq. Onu da qeyd edim ki, "Bakı"nın meydan sahiblərindən güclü olduğu hiss olunurdu. Çempionatda ilk qolumu vurduğum üçün sevindim. "Bakı"nın qələbələri üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

Bakoviç ölkə çempionatının növbəti turunda “İnter”lə ev oyununda qələbə qazanmağın vacibliyini bildirib: “Növbəti turda “İnter”i qəbul edirik. Rəqiblərin oyununu görməmişəm. Ancaq onu bilirəm ki, çox güclü komandadır. Bizi bu oyunda yalnız qələbə maraqlandırır. Çalışacağıq ki, “İnter”lə oyunda qələbə qazanıb, xal ehtiyatımızı artıraq”.

Xəbər 908 dəfə oxundu.