Qəbələnin rəqibi doğma meydanda xal itirdi
Futbol üzrə Fransa çempionatında 15-ci turun oyunları keçirilib. Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Marsel "Olimpik"i ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən heç-heçə ilə ayrılıb - 0:0.

Qeyd edək ki, "Sent-Etyen" hazırda 22 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.

Xəbər 906 dəfə oxundu.