Yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək
Dekabrın 10-u Bakı İdman Sarayında yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinə start veriləcək. 3 gün keçiriləcək yarışda ölkəmizin bütün bölgələrindən olan yeniyetmə cüdoçular iştirak edəcəklər.

Bu yaxınlarda baş tutan Bakı birinciliyi və region yarışlarının mükafatçıları, perespektivli yeniyetmələr respublika çempionatında medallar uğrunda mübarizə aparacaqlar.

Xəbər 690 dəfə oxundu.