Futzal üzrə Azərbaycan millisi beynəlxalq reytinq cədvəlindəki mövqeyini qoruyub
FIFA futzal üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Hesabında 1435 xal olan Azərbaycan millisi 10-cu pillədəki mövqeyini qoruyub.

“Avro-2018”in seçmə mərhələsi çərçivəsində millimizlə qarşılaşacaq Macarıstan 30-cu, Bosniya və Herseqovina yığması isə 38-ci pillədə yer alıb.

Reytinq cədvəlinə 1916 xalla Braziliya millisi liderlik edir. İspaniya 1891 xalla ikinci, Rusiya komandası isə 1758 xalla üçüncüdür.

Xəbər 760 dəfə oxundu.