Azərbaycan dünya reytinqində 10-cudur
Futzal üzrə yığma komandaların yeni reytinq cədvəli açıqlanıb. Azərbaycan millisi 10-cu pillədəki mövqeyini qoruyub.

Komandamızın hesabında 1435 reytinq xalı var.

AÇ-2018-in əsas seçmə mərhələsində millimizin rəqibi olan Macarıstan 1194 xalla 30-cu, Bosniya və Herseqovina isə 1127 xalla 38-cidir.

Reytinq cədvəlinə Braziliya (1916) liderlik edir. Onları İspaniya (1891) və Rusiya (1758) izləyir.

Xəbər 732 dəfə oxundu.