“Topaz”ı internetdə də oynamaq mümkün olacaq
Azərbaycanın ilk və tək qanuni idman mərc oyunu olan “Topaz”ın indi internetdə də oynamaq mümkün olacaq. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu, virtual “Topaz” agenti www.etopaz.az internet ünvanında gerçəkləşəcək. Ora daxil olub, eTopaz haqda ətraflı məlumat almaq mümkündür.

“Topaz”ın virtual satış agenti olan eTopaz-ın bu gün təqdimat keçirilib. Təqdimatda “Azəridmanservis” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Azər Məhərrəmovla BETNET MMC-in baş direktoru Altay Əliyev iştirak edib. Tədbiri giriş sözü ilə açan Məhərrəmov ötən ilin yanvarından ölkəmizdə fəaliyyətə başlayan “Topaz” şəbəkəsinin artıq ölkə üzrə 260-dan artıq dilerinin və bu gündən etopaz.az saytının da rəsmən bu şəbəkənin üzvü olduğunu söyləyib.

Təqdimata toplaşanları, media nümayəndələrini salamladıqdan sonra Əliyev eTopaz haqda ətraflı məlumat verib. O, təqdimatı keçirilən saytın fevralın 14-dən fəlaliyyət göstərdiyini deyib. Əliyev virtual satış agentinin internet ünvanında əməliyyatın necə həyata keçirilməsini vizual göstərib, necə pul qoyub, necə qazanmaq haqda fikirlərini bildirib. Mərc üçün ən azı 5 manat ödəmək, ən azı 3 oyun seçmək lazımdır: “Artıq tam fəaliyyət göstərən eTopaz vasitəsilə idman mərci oynamaq üçün iştirakçıların sadəcə www.etopaz.az internet səhifəsində qeydiyyatdan keçmələri və istədikləri oyunları seçmələri yetərlidir. Qeydiyyatdan keçdikdən sonra “Topaz” oyununun iştirakçıları virtual hesablarını yaradıb, plastik bank kartı vasitəsilə ilə istədikləri qədər vəsaiti rahatlıqla hesablarına köçürə bilərlər. Həmin internet ünvanında keçirilən oyunların proqramı, statistik məlumatlar, canlı nəticələr və digər vacib məlumatlar göstərilib. “Topaz”la E.Topazın əmsalları eyni olacaq. Çünki eTopaz “Topaz”ın virtual satışın agentidir. Pul qoyuluşunu yalnız plastik kartla yox, poçt vasitəsilə ilə etmək mümkün olacaq. Bundan sonra insanlar çox rahat şəkildə, evlərində, ofislərində sayta daxil olaraq, pul qoyuluşu edə bilərlər”.

Baş direktor bu gün eTopazın mobil versiyası da fəaliyyətə başlayacağını söyləyib: “Bu zaman oynamaq üçün mobil telefon vasitəsilə wap.etopaz.az səhifəsinə daxil olaraq, istənilən əməliyyatı həyata keçirmək mümkün olacaq. “Topaz”da futbol, voleybol, basketbol, tennis, hokkey idman növlərinə pul uduşları qəbul edilir. Gələcəkdə digər maraqlı yarışlara da mərclər qəbul olunacaq. Bizdə komisyon haqları olmayacaq”.

Əliyev Azərbaycanda kənarda fəaliyyət göstərən bukmeker kontorlarının saytlarına ölkəmizdə daxil olmağına qadağa qoyulmağı ilə bağlı Rabitə və İnformasiya Texnologiyası Nazirliyinə, Mərkəzi Bankına rəsmi müraciət edəcəklərini bildirib: “Həmin qurumlar bizdən fərqli Azərbaycan dövlətinə vergi ödəmirlər. Mərkəzi Banka müraciətimiz həmin saytlarla valyuta əməliyyatlarının dayandırılmağı ilə bağlıdır. Biz pulun ölkədən kənarda çıxmasına yox, xaricdən ölkəmizə daxil olmağına çalışmalıyıq. Bunda medianın dəstəyinin də böyük rolu olmalıdır. Bizim siyasət “Topaz”ın vahid siyasətinə uyğun olacaq və təkli oyunların sayı da “Topaz”ın müəyyənləşdirdiyi qaydada olacaq. Etopaz.az saytında pul qoyuluşu ilə bağlı heç bir limit olmayacaq”.

Qeyd edək ki, “Topaz” Azərbaycanda ilk qanuni idman mərc oyunudur və öz iştirakçılarının uduşlarına dövlət təminatı verir. 18 yaşına çatmayan şəxslərin mərclərini qəbul etməyən “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir.

Xəbər 6983 dəfə oxundu.