Bakıda “Olimpiya dəyərləri gənclərin təqdimatında” mövzusunda konfrans keçirilib
Bakıda “Olimpiya dəyərləri gənclərin təqdimatında” mövzusunda konfrans keçirilib.

Konfransdan əvvəl iştirakçılar idmançılarımızın Olimpiya Oyunlarında iştirakına həsr edilmiş sərgi ilə taniş olublar.

Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və başqaları çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısı, idmançılarımızın beynəlxalq miqyasda qazandıqları nailiyyətlər barədə danışıblar. Həmçinin Olimpiya dəyərlərinin fəlsəfəsi və ölkəmizdə Olimpiya hərəkatının inkişafı istiqamətində reallaşdırılan layihələr barədə söhbət açılıb.

Daha sonra idman ictimaiyyətinin nümayəndələri Olimpiya dəyərləri ilə bağlı fikirlərini bildiriblər.

Xəbər 748 dəfə oxundu.